Cümə 29.03.2024

Azərbaycan - Lüksemburq görüşü ingilislərə tapşırıldı

Azərbaycan - Lüksemburq görüşü ingilislərə tapşırıldı

Azərbaycan millisinin UEFA Millətlər Liqasının I turunda Bakıda Lüksemburqla keçirəcəyi matçın hakimləri müəyyənləşib.

Qarşılaşma İngiltərədən olan hakimlər briqadasına tapşırılıb. Əsas referi Kris Kavanaqa yan xətt hakimləri Daniel Riçard Kuk və Sian Massey yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Pol Tirney yerinə yetirəcək.

Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq görüşü saat 20:00-da başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.