Cümə 19.04.2024

AVRO-2022-nin seçmə mərhələsi: Futzal millimizin rəqibləri müəyyənləşdi

AVRO-2022-nin seçmə mərhələsi: Futzal millimizin rəqibləri müəyyənləşdi

Futzal üzrə Azərbaycan millisinin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.

Püşk zamanı komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda III qrupda mübarizə aparacaq. Yığma Slovakiya, Moldova və Türkiyə/Yunanıstan cütünün qalibi ilə üz-üzə gələcək.

Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. İkinci yerin sahibləri arasında ən zəif göstəriciyə malik iki komanda isə pley-off görüşündə üz-üzə gələcək.

Oyun günləri

2 - 11 noyabr 2020 (ilkin mərhələnin pley-off oyunları)

6 - 9 dekabr 2020

25 yanvar - 3 fevral 2021

1 - 10 mart 2021

5 - 14 aprel 2021.

Qeyd edək kİ, AVRO-2022-nin final mərhələsi yanvarın 9-dan fevralın 6-dək Niderlandda təşkil olunacaq.