Cümə 29.03.2024

Cüdo yığmamızdan tarixi uğur

Cüdo yığmamızdan tarixi uğur

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

Yığma komandamız Çin Taypeyi, Avstraliya və Rusiya kollektivlərinə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb. Burada rəqib Yaponiya cüdoçuları olub. Təəssüf ki, millimiz məğlub olaraq gümüş medalla kifayətlənib.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.