Cümə 19.04.2024

İtaliya millisi xal itirdi, Niderland qələbə qazandı (Nəticələr)

İtaliya millisi xal itirdi, Niderland qələbə qazandı (Nəticələr)

UEFA Millətlər Liqasında I turun növbəti görüşləri keçirilib. İkinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç baş tutub.

A liqasının I qrupunda İtaliya evdə Bosniya Herseqovinanı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Niderland isə doğma meydanda Polşaya çətinliklə qalib gəlib.

Gecənin digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Millətlər Liqası

4 sentyabr

A liqası

1-ci qrup

İtaliya – Bosniya və Herseqovina - 1:1
Qollar: Stefano Sensi, 67 - Edin Dzeko, 58

Niderland – Polşa - 1:0
Qol: Stiven Berqveyn, 61

B liqası

1-ci qrup

Norveç - Avstriya - 1:2
Qollar: Erlinq Holann, 66 - Mixael Qreqoriç, 35, Marsel Zabitser, 54 (penalti)

Rumıniya – Şimali İrlandiya - 1:1
Qollar: Corce Puşkaş, 25 - Qevin Uayt, 86

2-ci qrup

Şotlandiya - İsrail - 1:1
Qollar: Rayan Kristi, 45 - Eran Zahavi, 73

Slovakiya – Çexiya - 1:3
Qollar: İvan Şrants, 88 - Vladimir Tsoufal, 48, Borjek Doçkal, 53 (pen.), Mixael Krmençik, 86

C liqası

4-cü qrup

Litva - Qazaxıstan - 0:2
Qollar: Bəxtiyar Zaynutdinov, 3, İslambek Kuat, 86

Belarus - Albaniya - 0:2
Qollar: Sokol Çikalleşi, 23, Keidi Bare, 79