Şənbə 20.04.2024

Millimiz Fransaya məğlub oldu

Millimiz Fransaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Milan Obradoviçin baş məşqçi olduğu kollektiv Fransa seçməsini qəbul edib.

Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutan matçı Türkiyədən olan Halis Özkahyanın idarə edib. Üç qolun qeydə alındığı qarşılaşma Azərbaycan yığmasının məğubiyyəti ilə başa çatıb.

Bu qrupun digər oyunlarında Gürcüstan Lixtenşteynlə, İsveçrə isə Slovakiya ilə qarşılaşacaq. Hər iki görüş sabah keçiriləcək.

AÇ-nin seçmə mərhələsi

2-ci qrup

7 sentyabr

Azərbaycan – Fransa - 1:2
Qollar: T.Bayramov, 90 – O.Eduard, 25-pen. A.Quiri, 83.
Hakimlər: Halis Özkahya, Kerem Ersoy, Serkan Olguncan, Alper Ulusoy (hamısı Türkiyə).
Sumqayıt. “Kapital Bank Arena”.