Şənbə 20.04.2024

“Neftçi” uduzdu, “Qarabağ” xal itirdi

“Neftçi” uduzdu, “Qarabağ” xal itirdi

Azərbaycan Premyer Liqasında II tura start verilib. İlk oyun günündə 2 görüş keçirilib.

Turun açılış qarşılaşmasında “Neftçi” “Sumqayıt”ı qəbul edib. Qonaqların yeni transferi Əli Qurbani dubl edərək "Gənclik şəhəri" təmsilçisinə qələbə qazandırıb.

Digər oyunda isə "Qarabağ" "ASK Arena"da "Keşlə"nin qonağı olub. Bu oyunda qapılar toxunulmaz qalıb.

Azərbaycan Premyer Liqası

II tur

11 sentyabr (cümə)

“Neftçi” – “Sumqayıt” - 0:2
Qollar: Ə.Qurbani, 14; 46.
Qırmızı vərəqə: A.Krivotsyuk, 83 (ikinci sarı).
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Fərid Hacıyev
Bakı. "Bakcell Arena".

“Keşlə” – “Qarabağ” - 0:0
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Nahid Əliyev, Rövşən Rəcəbov
Bakı. "ASK Arena".