Şənbə 20.04.2024

“Sabah” “Qəbələ”ni 3 qolla məğlub etdi

“Sabah” “Qəbələ”ni 3 qolla məğlub etdi

Bu gün Azərbaycan Premyer Liqasında II tura yekun vurulub. Turun son matçında "Sabah" "Qəbələ"ni qəbul edib.

Komandalar indiyədək Premyer Liqada 7 dəfə üz-üzə gəliblər. Hər kollektiv 3 dəfə qələbə qazanıb, bir oyunda isə qalib müəyyənləşməyib. Budəfəki qarşılaşmada sevinən tərəf "Sabah" olub.

Qeyd edək ki, turun digər matçlarında "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" "Səbail"i 2:1 hesabı ilə məğlub edib. "Qarabağ" isə "Keşlə" ilə oyunda qolsuz bərabərliyə razı olub.

Azərbaycan Premyer Liqası, II tur

“Sabah” – “Qəbələ” - 3:0
Qollar: C.Diniyev, 17. B.Mustafazadə, 27. R.Şeydayev, 64.
Qırmızı vərəqə: S.Alxasov, 77 (ikinci sarı).
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Masazır. “Bank Respublika Arena”