Cümə 26.04.2024

Qəbələdə heç-heçə, "Sumqayıt"dan qələbə (Nəticələr)

Qəbələdə heç-heçə, "Sumqayıt"dan qələbə (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib. İlk oyun günündə 2 görüş keçirilib və "CBC Sport"la canlı yayımlanıb.

Günün ilk matçı Qəbələdə olub. Əyalət təmsilçisi doğma meydanda "Keşlə" ilə görüşüb. Tərəflər arasında oynanılan son 4 görüşdə paytaxt klubu meydanı qolsuz tərk etməmişdi. “Qəbələ” son üç matçda xal qazanmamışdı. Budəfəki qarşılaşma qolsuz bitib.

Günün son qarşılaşmasında isə "Sumqayıt" və "Səbail" komandaları "Kapital Bank Arena"da üz-üzə gəliblər. Son 4 görüşdə meydan sahibi olan komanda qalib gələ bilməmişdi. “Sumqayıt” evdəki 5 matçda yalnız bir dəfə qələbə qazanmışdı. Üç qolun qeydə alındığı görüşdə qələbəni meydan sahibləri bayram ediblər.

Qeyd edək ki, tura sentyabrın 20-də keçiriləcək "Zirə" - "Sabah" və "Qarabağ" - "Neftçi" matçları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, III tur

19 sentyabr (şənbə)

"Qəbələ" - "Keşlə" - 0:0
Qırmızı vərəqə: N.Raysel, 67 (ikinci sarı).
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu

"Sumqayıt" - "Səbail" - 2:1
Qollar: S.Əhmədov, 9. Ə.Qurbani, 32 - R.Əliyev, 21.
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena"