Çərşənbə axşamı 23.04.2024

“Olimpiakos” və Kiyev “Dinamo”su qalib gəldi, "Molde" büdrədi (Nəticələr)

“Olimpiakos” və Kiyev “Dinamo”su qalib gəldi, "Molde" büdrədi (Nəticələr)

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.

İkinci oyun günündə də 3 qarşılaşma keçirilib. “Gent” (Belçika) Kiyev “Dinamo”sunu qəbul edib və 1:2 hesabı ilə məğlub olub. Turnirin 3-cü təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Norveçin “Molde” klubu isə “Ferentsvaroş”la (Macarıstan) 3:3 heç-heçə edib.

Yunanıstanın “Olimpiakos” klubu isə doğma meydanda “Omoniya”nı (Kipr) 2 cavabsız qolla üstələyib.

Bu mərhələnin qalibləri iki oyunun nəticəsinə görə müəyyən olunacaq. Pley-off mərhələsinin cavab oyunları sentyabrın 29 və 30-da keçiriləcək.

UEFA Çempionlar Liqası

Pley-offun ilk oyunlar

23 sentyabr

"Gent" (Belçika) – "Dinamo" (Kiyev, Ukrayna) - 1:2
Qollar: Kleindienst, 41 – Supriaqa, 9. De Pena, 79.

"Molde" (Norveç) – "Ferentsvaroş" (Macarıstan) - 3:3
Qollar: Ceyms, 55. Eykrem, 65. Ellinqsen, 83 – Boli, 7. Uzuni, 52. Xaratin, 87.

"Olimpiakos" (Yunanıstan) – "Omoniya" (Kipr) - 2:0
Qollar: Valbuena, 69. El Arabi, 90+2.