Cümə 29.03.2024

“Qarabağ” Sumqayıtda məğlubiyyətdən son anda xilas oldu

“Qarabağ” Sumqayıtda məğlubiyyətdən son anda xilas oldu

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib. İlk oyun günündə bir qarşılaşma keçirilib. Son ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub.

Komandalar indiyədək çempionatda 31 dəfə üz-üzə gəlmişdilər. Bunların 23-də "Qarabağ", 5-də isə "Sumqayıt" qələbə qazanmışdı. 3 görüşdə isə qalib müəyyənləşməmişdi. Dörd qolun qeydə alındığı budəfəki matç heç-heçə yekunlaşıb.

Qeyd edək ki, turun "Keşlə - "Zirə" və "Səbail" - "Sabah" matçları sentyabrın 26-da, "Neftçi" - "Qəbələ" görüşü isə sentyabrın 27-də olacaq.

Azərbaycan Premyer Liqası, IV tur

25 sentyabr (cümə)

“Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar: Ə.Qurbani, 52. C.Xocaniyazov, 54 - K.Ovusu, 59. F.Ozobiç, 90+5.
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”