Azərbaycan cüdoçuları Çexiyanın paytaxtı Praqada keçirilən Açıq Avropa kubokunda üç medal qazanıblar.
Rəşad Yelkiyev (66 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala yiyələnib.
Hüseyn Allahyarov (60 kq) və Camal Qamzatxanov (+100 kq) isə gümüş medalla kifayətləniblər.
Qeyd edək ki, Azərbaycan yarışın komanda hesabında 4-cü olub.