Cümə axşamı 28.03.2024

“Qarabağ”ın oyunu təxirə salındı

“Qarabağ”ın oyunu təxirə salındı

AFFA Peşəkar Futbol Liqasına (PFL) müraciət edərək Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunlarına daha yaxşı hazırlaşması məqsədi ilə Premyer Liqada 5-ci turun “Qarabağ” – “Səbail” oyununun təxirə salınmasını istəyib.

Peşəkar Futbol Liqasının rəsmi saytının verdiyi xəbərə görə, AFFA-nın müraciətini, millinin mənafeyini və adıçəkilən klubların razılığını rəhbər tutaraq PFL prezidenti Ramin Musayev əmr imzalayıb.

Əmrə əsasən, çempionat matçı təxirə salınıb. Görüş sentyabrın 4-də keçirilməli idi. Oyunun tarixi ilə bağlı yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Azərbaycan yığması Millətlər Liqasında oktyabrın 10-da Monteneqronun qonağı olacaq, 3 gün sonra isə Kipri qəbul edəcək.