Çərşənbə 24.04.2024

"Zirə" "Qəbələ"nin futbolçusunu transfer etdi

"Zirə" "Qəbələ"nin futbolçusunu transfer etdi

"Qəbələ"nin futbolçusu Qismət Alıyev klubunu dəyişib. 24 yaşlı yarımmüdafiəçinin "Zirə"yə keçidi rəsmiləşib.

Bu barədə qəsəbə təmsilçisinin saytı məlumat yayıb. Qismət "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun rəhbərliyi altında U-21 yığmasında forma geyinib.

Qeyd edək ki, Alıyev 2010-cu ildən yetirməsi olduğu "Qəbələ"də çıxış edirdi.