Şənbə 20.04.2024

Tokio-2020: Azərbaycanın hesabında 7 lisenziya var

Tokio-2020: Azərbaycanın hesabında 7 lisenziya var

Tokioda təşkil olunacaq 2020-ci il Yay Olimpiadasının başlanmasına 10 aya yaxın vaxt qalıb. Hazırda Azərbaycan bu mötəbər yarış üçün hələ ki 7 lisenziya qazanıb.

Bunlar yüngül atletikada Anna Skidan (çəkic atma), sərbəst güləşdə Mariya Stadnik (50 kq) və Şərif Şərifov, gimnastikada Zöhrə Ağamirova və qrup hərəkətləri komandası, pnevmatik tapança ilə 25 metr məsafəyə sürətli atəşaçmada Ruslan Lunyov və üzgüçülükdə Maksim Şemberevdi.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin 24 iyul - 9 avqustunda keçiriləcək. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 17 növdə 56 idmançı təmsil edib.