Cümə 06.06.2025

Fernandu Santuşun növbəti mətbuat konfransının vaxtı məlum olub

Fernandu Santuşun növbəti mətbuat konfransının vaxtı məlum olub

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Estoniya ilə oyundan əvvəl mətbuat konfransında iştirak edəcək.

Noyabrın 16-da, Qəbələ şəhər stadionunda keçiriləcək Azərbaycan - Estoniya oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı belədir:

Azərbaycan milli komandası

10:45. Mətbuat konfransı

11:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

Estoniya milli komandası

16:45. Mətbuat konfransı

17:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq