Cümə axşamı 25.04.2024

"Qarabağ" 3 cavabsız qolla qalib gəldi, "Keşlə" xal itirdi (Nəticələr)

"Qarabağ" 3 cavabsız qolla qalib gəldi, "Keşlə" xal itirdi (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib. İlk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış oyununda “Səbail”lə “Keşlə” üz-üzə gəlib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Günün digər oyununda son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib. Turnir cədvəlində qonşu olan kollektivlərin duelində Ağdam təmsilçisi böyük hesabla qalib gəlib.

Turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları oktyabrın 18-də keçiriləcək.

Azərbaycan Premyer Liqası

6-cı tur

17 oktyabr

“Səbail” – “Keşlə” - 1:1
Qollar: B.Həziyev, 51 – R.Hacıyev, 49.
Qırmızı vərəqə: A.Nağıyev, 83.
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Bakı. “ASCO Arena”

“Qarabağ” – “Qəbələ” - 3:0
Qollar: D.Gerye, 44. P.Andrade, 89. T.Bayramov, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. “Azersun Arena”