Cümə 26.04.2024

Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirdi

Teymur Rəcəbov Dünya Kubokunun finalında ilk görüşünü keçirdi

Bu gün şahmat üzrə Dünya Kubokunun final qarşılaşması start götürüb. Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 4 partiyadan ibarət mini-matçın ilk görüşündə ağ fiqurlarla çinli Dinq Lirenin müqavimətini qıra bilməyib. Həmyerlimiz 33-cü gedişdə heç-heçəyə razılaşıb.

Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 3 partiya oynayacaqlar. Burada da qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk keçiriləcək.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.