Cümə axşamı 05.06.2025

Şpaqaçımız Türkiyədə qızıl medal əldə edib`

Şpaqaçımız Türkiyədə qızıl medal əldə edib`

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb.

Həsənli 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib.

Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.