"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib.
Ağdam klubu İsraildə "Makkabi Təl-Əviv"in qonağı olub. "Blumfild" stadionunda təşkil edilən görüşün taleyini bir qol həll edib. İsrail komandası qələbə qazanıb.
Qrupun digər oyununda İspaniyanın “Vilyarreal” klubu doğma meydanda Türkiyə təmsilçisi “Sivasspor”la qarşılaşıb. Bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olub - 5:3.
UEFA Avropa Liqası, qrup mərhələsi
I qrupu
22 oktyabr
“Makkabi” (Təl-Əviv) – “Qarabağ” - 1:0
Qol: Y.Kohen, 10.
Baş hakim: Con Biton (Şotlandiya).
Təl-Əviv. “Blumfeld” stadionu.