Şənbə 20.04.2024

AFFA-nın müraciətindən sonra erməni futbolçuya sanksiya tətbiq olundu (FOTO)

AFFA-nın müraciətindən sonra erməni futbolçuya sanksiya tətbiq olundu (FOTO)

Slovakiya Super Liqasının (sponsorluq müqaviləsinə əsasən hazırda Fortuna League adlanır) 9-cu turu çərçivəsində oktyabrın 3-də keçirilmiş “Jilina” – “Dunayska Streda” oyununda meydan sahiblərinin futbolçusu Vahan Bıçakçyan qol sevinci zamanı oyun geyiminin altındakı futbolkanun üzərində yazılmış Ermənistan əsgərlərinə dəstək şüarını (ingilis və erməni dillərində) nümayiş etdirib.

Məsələ ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Slovakiya Futbol Assosiasiyasına məktub ünvanlanmış, mövcud qaydalara əsasən futbol oyunları zamanı hər hansı siyasi şüarların səsləndirilməsi və ya nümayişinin qadağan olunduğu qeyd edilib.

Bu gün Slovakiya Futbol Assosiasiyası tərəfindən AFFA müraciətinə cavab verilib. Məktubda qeyd olunub ki, AFFA-nın müraciətinə uyğun olaraq, məsələyə Slovakiya Futbol Assosiasiyasının İntizam Komitəsi tərəfindən baxılıb və futbolçu Vahan Bıçakçyana yol verdiyi hərəkətə görə intizam sanksiyası tətbiq edilərək xəbərdarlıq elan olunub.

Xatırladaq ki, UEFA-nın əməkdaşı Monika Mxitaryan da bir müddət əvvəl sosial şəbəkədə tarixi Azərbaycan torpaqları ilə bağlı həqiqətə uyğun olmayan paylaşımlar etdiyi üçün AFFA Avropa futbol təşkilatına müraciət etmiş, UEFA-nın məsələni araşdırmağa başlamasından sonra Henrik Mxitaryanın bacısı həmin paylaşımları sosial şəbəkələrdən silmişdi.

AFFA-nın müraciətindən sonra erməni futbolçuya sanksiya tətbiq olundu (FOTO)
AFFA-nın müraciətindən sonra erməni futbolçuya sanksiya tətbiq olundu (FOTO)