Şənbə 20.04.2024

Ümit Özat təsdiqlədi: “Sabah” klubu ilə ciddi danışıqlarımız oldu"

Ümit Özat təsdiqlədi: “Sabah” klubu ilə ciddi danışıqlarımız oldu"

“Sabah” klubunda baş məşqçi olacağı iddia edilən türkiyəli mütəxəssis Ümit Özat açıqlama verib. “Radyospor”a danışan çalışdırıcı “Sabah”la danışıqlar apardığını təsdiqləyib:

“Azərbaycanın “Sabah” klubu ilə ciddi danışıqlarımız oldu. Bizim də özümüzə görə gözləntilərimiz var. “Sabah”ın oyunlarını izləmişəm. Ölkə xaricində işlər bir gün ərzində olmur. Türkiyə deyil ki, həmin andaca hər şey həll edilsin. “Sabah”la ötən həftə danışıqlarımız oldu. Düzgün seçim etmək lazımdır. Azərbaycanın düzgün bir ölkə olduğunu düşünürəm”.

Özat məşqçilik karyerası ərzində “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor”, “Mersin İdmanyurdu”, “Gənclərbirliyi” və “Girəsunspor”u çalışdırıb. Onun son iş yeri “Adana Dəmirspor” klubu olub.