Cümə axşamı 25.04.2024

“Sabah” - “Zirə” matçı təxirə salındı

“Sabah” - “Zirə” matçı təxirə salındı

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start veriləcəkdi. Çempionatın autsayderi “Sabah” “Zirə” ilə üz-üzə gələcəkdi. Lakin görüş təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb:

“Azərbaycan Premyer Liqasının 9-cu turunun “Sabah” – “Zirə” oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün bu gün baş tutmayacaq. Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək”.

Qeyd edək ki, turun digər matçları noyabrın 7-8-də keçiriləcək. Sabah “Keşlə” “Qəbələ”ni, “Səbail” “Sumqayıt”ı, ertəsi gün “Neftçi” “Qarabağ”ı qəbul edəcək.