Cümə axşamı 18.04.2024

Lüksemburq - Azərbaycan oyunu almanlara tapşırıldı

Lüksemburq - Azərbaycan oyunu almanlara tapşırıldı

UEFA Millətlər Liqasının VI turunda keçiriləcək Lüksemburq - Azərbaycan matçının təyinatları məlum olub.

Görüş Almaniyadan olan hakimlər briqadasına həvalə edilib. Baş hakim Feliks Tsvayerə yan xətt hakimləri Torsten Şiffner və Marko Axmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Harm Osmers yerinə yetirəcək.

Hakim-inspektor İngiltərədən Maykl Rayli, UEFA nümayəndəsi isə niderlandlı Tammo Beyşuizen olacaq.

Noyabrın 17-də keçiriləcək Lüksemburq - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.