Cümə axşamı 01.05.2025

UEFA reytinqində Azərbaycanın mövqeyində dəyişiklik olmayıb

UEFA reytinqində Azərbaycanın mövqeyində dəyişiklik olmayıb

UEFA reytinqində Azərbaycanın mövqeyində dəyişiklik olmayıb.

UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda ötən gün Bakıda Rumıniyanın FCSB klubuna uduzan (2:3) "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.

Azərbaycan (19.625) 28-ci yerdə qərarlaşıb. Eyni əmsala malik Bolqarıstan isə 27-ci pillədədir.

Qeyd edək ki, 55 ölkənin yer aldığı siyahıya İngiltərə (102.839) başçılıq edir.