Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.
Canni de Byazinin çalışdırdığı yığmamız səfərdə Lüksemburqla üz-üzə gəlib. "Joze Bartel" stadionunda oynanılan qarşılaşma qolsuz yekunlaşıb.
Qrupun digər matçında lider Monteneqro Kipri qəbul edib və 4 cavabsız qolla qalib gəlib. Bu nəticələrdən sonra Azərbaycan yığması C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub. Monteneqro birinci, Kipr sonuncu olub.
UEFA Millətlər Liqası
C liqası, 1-ci qrup
17 noyabr
Lüksemburq - Azərbaycan - 0:0
Baş hakim: Feliks Zvayer (Almaniya).
Lüksemburq. "Joze Bartel" stadionu.