Cümə 19.04.2024

"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

"Qarabağ" "Sumqayıt"ı darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında X tura start verilib. Milli komandaların oyunları ilə bağlı ölkə çempionatında yaranmış 2 həftəlik fasilə başa çatıb.

İlk oyun günündə bir qarşılaşma keçirilib. Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

Günün yeganə görüşü həm də turun mərkəzi oyunu olub. Son çempion “Qarabağ” öz meydanında “Sumqayıt”la üz-üzə gəlib. Tərəflər eyni xala malik olduğundan bu görüşə maraq böyük idi. Ağdam klubu rəqibini 6:1 hesabı ilə üstələyib.

Turun digər oyunları noyabrın 22-də olacaq. Həmin gün "Qəbələ" "Neftçi"ni, "Zirə" "Keşlə"ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası, X tur

21 noyabr

"Qarabağ" - "Sumqayıt" - 6:1
Qollar: D.Gerye, 28; 45+1. A.Zubir, 34; 89. T.Bayramov, 54. M.Emreli, 75 – T.Mütəllimov, 87
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
"Azersun Arena".