Cümə 29.03.2024

“Neftçi” səfərdə, “Zirə” evdə qələbə qazandı (Nəticələr)

“Neftçi” səfərdə, “Zirə” evdə qələbə qazandı (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun daha iki oyunu keçirilib.

Günün ilk matçı Qəbələdə təşkil edilib. “Qəbələ” “Neftçi” ilə üz-üzə gəlib. Paytaxt klubu yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxıb və qələbə qazanıb.

Günün digər matçında isə “Zirə” öz meydanında “Keşlə” ilə görüşüb. 4 qolun vurulduğu oyunda meydan sahibləri qalib gəliblər.

İlk oyun günündə "Qarabağ" "Sumqayıt"ı 6:1 hesabı ilə məğlub edib. Tura noyabrın 23-də "Sabah" - "Səbail" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, X tur

22 noyabr

“Qəbələ” – “Neftçi” - 1:4
Qollar: Y.Nəbiyev, 60 - A.Krivotsyuk, 38; 51. N.Ələsgərov, 57. P.İbara, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu.

“Zirə” – “Keşlə” - 3:1
Qollar: D.Çantakias, 33. A.Ramazanov, 60, Klesio Bauk, 90+5 - K.Bauk, 74 (avtoqol)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu