Cümə 04.07.2025

Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıb

Çimərlik voleybolu üzrə Azərbaycan millisi Misirə yollanıb

Çimərlik voleybolu üzrə qadınlardan ibarət Azərbaycan millisi Misirin Hurqa şəhərinə yollanıb.

Yığma sözügedən ölkədə təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesi fevralın 28-dək davam edəcək.

Komanda toplanış çərçivəsində Afrika qitəsinin çimərlik voleybolu üzrə açıq çempionatı olan “The Clash Beach Volleyball Marathon” turnirinə də qatılacaq.