Azərbaycan Premyer Liqasında daha bir oyun təxirə salınıb.
11-ci turun sabah keçirilməli olan “Sumqayıt” - “Qəbələ” oyunu baş tutmayacaq. Bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Buna bəzi futbolçuların yenidən COVID-19 testindən keçməsi səbəb göstərilir. Qeyri-müəyyən müddətə təxirə salınan oyunun tarixi ilə bağlı qərarı Peşəkar Futbol Liqası tərəfindən veriləcək.
“Sumqayıt” - “Qəbələ” oyunu təxirə salındı
