Bazar 08.06.2025

Yüksək Liqa: Kişilər arasında XII tur start götürəcək

Yüksək Liqa: Kişilər arasında XII tur start götürəcək

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XII tura start veriləcək.

İlk oyun günündə iki matç təşkil ediləcək.

Günün ilk görüşündə MOİK “Xilasedici” ilə qarşılaşacaq. “Murov Az Terminal” isə “Neftçi”ni sınağa çəkəcək.

Hər iki qarşılaşma GİN-in Voleybol Mərkəzində keçiriləcək və "CBC Sport"la canlı təqdim olunacaq.