Çərşənbə axşamı 04.10.2022

“Qarabağ” ilk xalını qazandı

“Qarabağ” ilk xalını qazandı

Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

Ağdam təmsilçisi qrupdakı sonuncu ev matçında İsrail təmsilçisi “Makkabi” (Təl-Əviv) ilə üz-üzə gəlib.

Əvvəlki ev oyunlarında olduğu kimi, “Qarabağ” bu rəqibini də məlum səbəblərdən İstanbulda qəbul edib. İsraildə bu komandaya 0:1 hesabı ilə uduzan ağdamlılar ilk xal üçün mübarizə aparıb və istəyinə çatıb. Qarşılaşma 1:1 yekunlaşıb.

Qrupun eyni vaxtda başlayan digər görüşündə “Vilyarreal” səfərdə “Sivasspor”a 1:0 qalib gəlib.

Avropa Liqası

I qrupu

3 dekabr

“Qarabağ” - “Makkabi” - 1:1
Qollar: X.Romero, 37 – Y.Kohen, 22-pen.
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.