Bazar ertəsi 05.05.2025

həndbol millisinin beynəlxalq turnirdəki növbəti rəqibi bəlli olub

həndbol millisinin beynəlxalq turnirdəki növbəti rəqibi bəlli olub

Azərbaycan millisinin Bolqarıstanın Varna şəhərində təşkil olunan həndbolu inkişaf etməkdə olan ölkələrin çempionatında növbəti rəqibi bəlli olub.

Yığma 5-8-ci yerlər uğrunda qarşılaşmada Paraqvayla üz-üzə gələcək.

Qarşılaşma martın 15-də, Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi B qrupunu sonuncu sırada bitirib. Komanda Moldova (21:33), Nigeriya (17:29) və ABŞ (25:45) yığmalarına uduzub.