Çərşənbə 30.04.2025

"Formula 1": Avstraliya Qran-prisində sıralama turunu birincisi məlum olub

"Formula 1": Avstraliya Qran-prisində sıralama turunu birincisi məlum olub

"Formula 1" üzrə Avstraliya Qran-prisində sıralama turunu birinci pillədə bitirən pilot müəyyənləşib.

"McLaren"in sürücüsü Lando Norris ən yaxşı nəticəsini göstərib.

Onun komanda yoldaşı Oscar Piastri ikinci, "Red Bull"dan Maks Ferstappen üçüncü yerə sahib çıxıb.

Melburn şəhərində keçirilən yarış mövsümün ilk Qran-prisi olub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 19-21 sentyabr aralığında keçiriləcək.