Cümə axşamı 25.04.2024

Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı

Çempionlar Liqası: 1/8 finalın püşkü atıldı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Qrup mərhələsini lider kimi adlayanlar səpələnmiş, ikinci yeri tutanlar isə səpələnməmişlər sırasında yer alıb.

1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-birilərinə rəqib olmayıb.

1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək.

“Portu” (Portuqaliya) - “Yuventus” (İtaliya)
“Atalanta” (İtaliya) - “Real Madrid ” (İspaniya)
“Sevilya” (İspaniya) - “Borussiya” (Dortmund, Almaniya)
“Latsio” (İtaliya) - “Bayern Münhen” (Almaniya)
“Barselona” (İspaniya) - PSJ (Fransa)
“Leypsiq” (Almaniya) - “Liverpul” (İngiltərə)
“Atletiko” (Madrid, İspaniya) - “Çelsi” (İngiltərə)
“Borussiya” (Mönhenqladbax, Almaniya) - “Mançester Siti” (İngiltərə)