Cümə 09.05.2025

Rusiyalı fiqurlu konkisürən növbəti mövsümdən Azərbaycan millisini təmsil edəcək

Rusiyalı fiqurlu konkisürən növbəti mövsümdən Azərbaycan millisini təmsil edəcək

Rusiyalı fiqurlu konkisürən Veronika Jilina növbəti mövsümdən Azərbaycan millisinin heyətində mübarizə aparacaq.

Jilinanın 17 yaşı var və ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun yetirməsidir. Ötən mövsüm idmançı zədə səbəbindən yarışları buraxmaq məcburiyyətində qalıb.

O, 2023-cü il Rusiya Gənclər Çempionatının gümüş mükafatçısı və 2023-cü ildə Gənclər arasında Qran Pri finalının qalibidir.

Bizim Telegram kanalımıza abunə olun