Çərşənbə 28.05.2025

Misli Premyer Liqasında XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb

Misli Premyer Liqasında XXVIII turun açılış oyununda azarkeş rekordu qeydə alınıb

Misli Premyer Liqasının XXVIII turunun açılış matçını, “Turan Tovuz” – “Qarabağ” oyununu 6500 tamaşaçı izləyib.

Bu, Qərb təmsilçisi üçün çempionatda rekord göstəricidir.

2022/2023 mövsümündən Premyer Liqada çıxış edən Tovuz klubunun ev matçlarında bundan çox izləyici olmayıb. Əvvəlki qarşılaşmalarda rekord 6000-ə bərabər idi.

Bu göstəriciyə 3 dəfə təsadüf olunub. 2023-cü il oktyabrın 20-də (2:2), 2024-cü il martın 17-də (1:3) və noyabrın 1-də (0:0) “Qarabağ”a qarşı görüşləri 6000 seyrçi izləyib.