Cümə axşamı 28.03.2024

“Neftçi” qış çempionu oldu (Nəticələr)

“Neftçi” qış çempionu oldu (Nəticələr)

Bu gün Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçirilib. Qış fasiləsi öncəsi sonuncu turun bütün qarşılaşmaları eyni gündə təşkil edilib.

Turnir cədvəlində qonşu pillələrdə - 2-3-cü yerlərdə qərarlaşan "Qarabağ" və "Zirə" "Azersun Arena"da münasibətlərinə aydınlıq gətiriblər. 5 qolun vurulduğu matçda Ağdam təmsilçisi əzmkar qələbəyə sevinib.

Eyni vaxtda start götürən digər iki qarşılaşmada "Qəbələ" "Səbail" qalib gəlib, "Sumqayıt" "Sabah"a uduzub.

Tura paytaxt derbisi ilə yekun vurulub. 21 xalla turnir cədvəlinə başçılıq edən "Neftçi" "Bakcell Arena"da "Keşlə" ilə qarşılaşıb. “Ağ-qaralar” bu oyunda qələbə qazanaraq, qış çempionu olub.

Azərbaycan Premyer Liqası, XIII tur

24 dekabr (cümə axşamı)

“Səbail” – “Qəbələ” - 1:3
Qollar: T.Manafov, 52 – Ü.İsgəndərov, 20. A.Məmmədov, 27. C.Adeniyi, 90+2.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”

“Sumqayıt” –“ Sabah” - 1:2
Qollar: X.Nəcəfov, 31 – S.Alxasov, 26. A.İsayev, 65-pen.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”

“Qarabağ” – “Zirə” - 3:2
Qollar: M.Emreli, 58. O.Kvabena, 82; 89 – A.Ramazanov, 2. L.Corceviç, 47.
Qırmızı vərəqə: K.Medina, 90+2 – D.Çantakias, 75 (ikinci sarı).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”

“Neftçi” – “Keşlə” - 2:1
Qollar: M.Abbasov, 65; 81 – R.Hacıyev, 68.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”