Cümə 29.03.2024

"Keşlə"də kamerunlu hücumçu

"Keşlə"də kamerunlu hücumçu

Mövsümün ikinci yarısına hazırlaşan “Keşlə” kamerunlu hücumçu Anatole Abanqı heyətinə qatıb. Klubdan verilən məlumata görə, 24 yaşlı mərkəz forvardı ilə 1 illik müqavilə imzalanıb.

Son olaraq Moldovanın “Şerif” klubunda oynayan Abanq buna qədər Çinin “Nantoq”, ABŞ-ın “Nyu York Red Bulls”, Rumınıyanın “Astra”, Finlandiyanın “SJK”, Danimarkanın “Hobro” və Kamerunun “Reynbou” klublarında çıxış edib.

Həmçinin, Kamerun millisinin heyətində 6 oyun keçirən forvardın aktivində 1 qol və 1 məhsuldar ötürmə var.