Cümə 18.04.2025

Xizək alpinizmi millimizin üzvləri Dünya Kubokunun finalında çıxış ediblər

Xizək alpinizmi millimizin üzvləri Dünya Kubokunun finalında çıxış ediblər

Azərbaycanın xizək alpinizmi millisinin üzvləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçin Tromse qəsəbəsində keçirilmiş Dünya Kubokunun finalında çıxış ediblər.

Bu barədə Qış İdman Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qəribova 19 ölkədən 42 idmançı arasında yarışın sprint növündə 29-cu olub. Sədrəddinov isə 62 idmançı arasında 51-ci yeri tutub.