Cümə 18.04.2025

“Neftçi” Azərbaycan çempionatlarında 75-ci ev məğlubiyyətini alıb

“Neftçi” Azərbaycan çempionatlarında 75-ci ev məğlubiyyətini alıb

“Neftçi” Azərbaycan çempionatlarında 75-ci ev məğlubiyyətini yaşayıb.

Bu, Misli Premyer Liqasının XXX turuna təsadüf edib.

“Zirə”yə 2:4 hesabı ilə uduzan “ağ-qaralar” öz meydanındakı 473-cü görüşdə 75-ci dəfə xalsız qalıb.

Bu qarşılaşmada buraxılan ilk top isə qonaqların 350-ci qolu olub.