Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
İlk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gələcəklər.
Qarşılaşma saat 15:00-da start götürəcək. Saat 17:00-da isə “Milli Aviasiya Akademiyası” ilə "Azərreyl" münasibətlərə aydınlıq gətirəcəklər.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək və "CBC Sport"la canlı təqdim olunacaq.
Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də reallaşacaq.