Şənbə 20.04.2024

Teymur Rəcəbov finalda: Azərbaycan - Ermənistan dueli

Teymur Rəcəbov finalda: Azərbaycan - Ermənistan dueli

Onlayn formatda təşkil edilən şahmatın blits növü üzrə “Airthings Masters” turnirində iştirak edən təmsilçimiz Teymur Rəcəbov finala vəsiqə qazanıb.

Qrossmeysterimiz yarımfinalda ikinci dəfə rusiyalı Daniil Dubovla üz-üzə gəlib. İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcəkdi. Ancaq o, yenə Dubovdan üstün olaraq (2:0) həlledici mərhələyə yüsəlib.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşıb. Aronyan da hər iki dueldə qalib gələrək finalda Teymur Rəcəbova rəqib olub.

Turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 min ABŞ dolları olan yarışın qalibi 60 min dollar qazanacaq.