Cümə 09.05.2025

Avropa çempionatı: Ağırlıqqaldıranımız 3 medal qazanıb

Avropa çempionatı: Ağırlıqqaldıranımız 3 medal qazanıb

Azərbaycanlı ağırlıqqaldıran İsa Rüstəmov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa çempionatında 3 medal əldə edib.

Atlet birdən qaldırma hərəkətində 138 kq nəticə göstərərək bürünc medala sahib olub.

Ardınca o, təkanla qaldırmada 170 kq-ın öhdəsindən gələrək qızıl medala yiyələnib.

Toplamda 308 kq nəticəyə imza atan idmançı yekun sıralamada ikinci olub və iki hərəkətin cəmində Avropa çempionatının gümüş mükafatını qazanıb.