Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinə start veriləcək.
Bu gün bir qarşılaşma gerçəkləşəcək.
"Şəki" doğma meydanda "Gəncə" ilə üz-üzə gələcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunlarına aprelin 19-da yekun vurulacaq.